Sahibə Qafarova prezident seçkilərini müşahidə edən Pakistan, İordaniya və Malayziya parlament nümayəndə heyətləri ilə görüşüb-Özəl

214

Sosialmedia.az xəbər verir ki,Milli Məclisin sədri Sahibə Qafarova növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Pakistan, İordaniya və Malayziya parlament müşahidə missiyaları ilə görüşlər keçirib.

Spiker Sahibə Qafarova Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik olan bu seçkiləri müşahidə etdiklərinə görə qonaqlara minnətdarlığını bildirib.

Milli Məclisin sədri bildirib ki, prezident seçkiləri ölkənin gələcək inkişafının müəyyən olunması baxımından mühüm siyasi hadisədir. Bu seçkilər Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. O, növbədənkənar prezident seçkilərinin ilk dəfə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü təmin olunmuş şəkildə ölkəmizin bütün ərazisində, o cümlədən Xankəndidə, Şuşada və digər işğaldan azad olunmuş rayonlarda keçirildiyini bildirib. Milli Məclisin sədri, keçmiş məcburi köçkünlərin artıq bir hissəsinin işğaldan azad olunmuş ərazilərə qayıtdığını və bu seçkilərdə öz doğma torpaqlarında səs verdiklərini diqqətə çatdırıb.