Hərbi qulluqçuların asudə vaxtının səmərəli təşkili üçün lazımi şərait yaradılıb-Özəl

190

Sosialmedia.az xəbər verir ki, Müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçuların asudə vaxtının səmərəli təşkili, hərtərəfli mənalı istirahəti və maarifləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər keçirilir.

Hərbi qulluqçuların, xüsusilə də əsgərlərin klassik və digər janrlarda kitablar oxuması, müxtəlif ədəbiyyat növləri ilə tanış olması, oxuduqları mövzuların qarşılıqlı müzakirə edilməsi məqsədilə hərbi hissələrdə hər cür şərait yaradılıb.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Əsgərin kitab rəfi” adlı kitab toplama aksiyalarında toplanan kitablar çətin relyefli dağlıq ərazilərdə yerləşən bölmələr də daxil olmaqla bütün hərbi hissələrə göndərilib.

Bu kimi tədbirlərin icrası ilə hərbi qulluqçuların kitab oxumağa olan həvəsi daha da artırılır, asudə vaxtları səmərəli və faydalı təşkil edilir.