Rusiya böyük tədbirə ev sahibliyi edəcək-Özəl

4742

Sosialmedia.az xəbər verir ki, Rusiyada bu ilin 1 mart tarixində Ümumdünya Gənclər Festivalı keçiriləcək. Festival 2020-ci ildə Krasnadar bölgəsində salınmış Sirius qəsəbəsində keçiriləcək.


Xatırlatma üçün qeyd edək ki, Sirius Rusiyanın Krasnodar bölgəsində salınmış şəhər tipli qəsəbədir. İnzibati struktur baxımdan müstəqil şəhər dairəsi hesab olunur. Şəhərin yeni nizamnaməsinin qəbulundan əvvəl inzibati-ərazi quruluşu çərçivəsində Sirius şəhəri müvəqqəti olaraq Soçi şəhərinə tabe olub. Sirius qəsəbəsi İmeretin ovalığında, Qara dəniz sahilində, Mzımta və Psou çaylarının kəsişməsində, Rusiyanın dövlət sərhədinin keçdiyi yerdə yerləşir. Burada Olimpiya Parkı və 2014-cü ildə XXII Qış Olimpiya Oyunları üçün inşa edilmiş digər obyektlər, əyləncə parkı, çoxlu sayda otel, dəmir yolu stansiyası yerləşir. Həmçinin Mzımta çayının mənsəbində yerləşir.


Ümumdünya Gənclər Festivalı Rusiya Prezidenti Vladimir Putinin Sərəncamı ilə keçirilir. Bu, gənclərin ən böyük tədbiri hesab olunur. Məlumat üçün bildirək ki, festivalda biznes, media, beynəlxalq əməkdaşlıq, mədəniyyət, elm, təhsil, könüllülük və xeyriyyəçilik, idman, ictimai həyatın müxtəlif sahələrində 20 min rus və xarici gənc lider, həmçinin müxtəlif uşaq təşkilatları və assosiasiyalarını təmsil edən yeniyetmələr iştirak edəcək.


Festivalda rusiyalı gənclərlə yanaşı, bir çox dövlətlərdən, o cümlədən Türkiyə və Azərbaycandan da gənclər iştirak etməsi gözlənilir. Bu tədbirin xalqlararsı münasibətlərə yaxşı mənada təsir edəcəyi sirr deyil. Bu mənada həm təşkilatçı Rusiya, həm də iştirakçı olacağı gözlənilən ölkələr Ümumdünya Gənclər Festivalında maraqlıdır.


Rusiya mətbuatı yazır ki, Ümumdünya Gənclər Festivalının keçirilməsinə Qərb ölkələri ciddi cəhdlə mane olmağa çalışır. İddia olunur ki, Qərb festivala qoşulmaqda maraqlı olan ölkələrə Siriusa getməməyə çağırışlar edir. Amma Rusiya tərəfi bu festivalı ən yüksək səviyyədə keçirməkdə qərarlıdır.
Nəzərə almaq lazımdır ki, Rusiya idarəolunan ölkə deyil və istər ərazisinin böyüklüyü, istərsə də əhali sayına görə, eyni zamanda hərbi və iqtisadi gücünə görə dünyanın böyük güclərindən hesab olunur. MDB ölkələrinin gənclərinin də böyük ölçüdə iş və oxumaq üçün hələ də Rusiyanı seçməsi nüfuz məsələsində öz sözünü deyir. Eyni zamanda Rusiya mühafizəkar bir tutuma sahibdir və LGBT kimi qeyri-ənənəvi Qərb ideologiyasını qəbul etmir. Qərbdən fərqli olaraq Rusiya partnyorlarına, əməkdaşlıq etdiyi ölkələrə də bərabərhüquqlu münasibət göstərir.
Bütün bunları nəzərə alaraq, Qərbin mövcud münasibətini aydın şəkildə görmək mümkün olur.