Dəyişməyən erməni xisləti: Terrorçu Njdeni “qəhrəman” sayan dövlət-Özəl

4641

Sosialmedia.az xəbər verir ki, Ermənilərin faşiz ideologiyasında olması əslində heç kimə sirr deyil. Onlar bunu dəfələrlə müxtəlif əməlləri ilə sübut ediblər. Söhbət ondan gedir ki, faşizm ideologiyası təkcə sadə ermənilər üçün deyil, hərbi-siyasi hakimiyyət üçün bir növ dövlət siyasətidir. Qarabağın 30 ilə yaxın işğalda saxlanılması və orada faşizm ideologiyasının geniş formada təbliğ olunması da Ermənistanın apardığı faşist ideologiyasının bir hissəsi idi.


Bu günlərdə Ermənistanın paytaxtında baş verən hadisə bir daha ermənilərin faşizm ideologiyasının daşıyıcıları olduğunu sübut edib. Belə ki, İrəvanda şəhər sakini mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin yanında cinayət hadisəsi törədib. O, abidənin önünə qoyulan çələngləri dağıdıb və Rusiya bayrağının rənglərini ehtiva edən lentləri cırıb.


Hadisə Leninqradın nasist qoşunlarının mühasirəsindən azad edilməsinin 80 illiyinin qeyd olunması zamanı baş verib. Hadisəni törədən erməni etdiyi vandallığı videoya çəkib və sosial şəbəkələrdə paylaşıb.


Rusiya mətbuatının yazdığına görə, hadisəni törədən şəxs gizlənməyib və özünü Samvel Şirinyan kimi təqdim edib. Marqlıdır ki, baş verən hadisə ilə bağlı Ermənistan hüquq-mühafizə orqanları da heç bir şərh verməyib.


Vandalizm aktını törədən şəxs isə etdiklərinə bu cür izah verib: “Bununla Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə etiraz etdim. Leninqradın mühasirəsi ilə bağlı heç bir sənəd yoxdur”.


Təbii ki, bu, adəti üzrə ermənilərin törətdikləri cinayətlərə yalandan bəhanələr tapmasından başqa bir şey deyil. Çünki tarixi faktlar Leninqradın-indiki Sankt-Peterburq şəhərinin İkinci Dünya müharibəsi zamanı (8 sentyabr 1941-27 yanvar 1944) 872 gün alman-fin qoşunları tərəfindən mühasirədə saxlanıldığını göstərir. Bu, tarix kitablarına “Leninqradın blokadası” adı ilə düşüb.
Əlavə olaraq qeyd edək ki, Böyük Vətən Müharibəsinin ilk günlərindən Leninqrad ətrafında bir neçə zolaqdan ibarət müdafiə sistemi yaradılıb. Müdafiə sədlərinin tikintisində şəhərin 100 minlərlə sakini iştirak edib. Sovet qoşunlarının müqavimətinə baxmayaraq alman qoşunları 1941-ci il sentyabrın 8-də Leninqradın qurudan yolunu kəsməyə nail olub. Bununla da şəhərin blokadası başlayıb. Şəhərlə əlaqə yalnız “Ladoqa” gölü və hava vasitəsi ilə saxlanılıb. Hitler komandanlığı şəhəri bombardman edib və atəşə tutub. Blokada yalnız 1943 ilin yanvarında yarılıb. Həmin ay Leninqrad və Volxov cəbhələrinin birgə əməliyyatları ilə 8–11 km enində “dəhliz” açılıb. Blokada qəti olaraq 1944-cü ilin yanvarında götürülüb. 1942-ci il dekabrın 22-də “Leninqradın müdafiəsinə görə” medalı təsis edilib.
Təbii ki, bütün bunları Ermənistanda da bilirlər. Sadəcə olaraq faşizt ideologiyasının daşıyıcıları olan ermənilər bütün imkanlardan istifadə edərək məhz bu ideologiyanın təbliği ilə məşğul olurlar.
Əlavə olaraq qeyd edək ki, Ermənistan terrorçu, faşist Qaragin Njdeyə paytaxt İrəvanda heykəl ucaltması bu ideologiyanın dövlət səviyyəsində təbliğ olunduğunu göstərir. Bir fakta nəzər yetirmək bəs edir ki, bu deyilənlər sübut olunsun. 2016-cı ildə Ermənistanın paytaxtı İrəvanda İkinci dünya müharibəsi dövründə III Reyxlə əməkdaşlıq etmiş Qaregin Njdeyə böyük bir heykəl qoyulub. Mayın 28-də heykəlin təntənəli açılış mərasimi keçirilib və açılışda prezident Serj Sərkisyan başda olmaqla rəsmi şəxslər iştirak edib.
O dövrdə məsələyə münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova nasizmlə əməkdaşlıq etmiş bir insana heykəl qoyulmasının anlaşılmaz olduğunu bildirib.
O dövr Ermənistan parlamentinin vitse-spikeriolan Eduard Şarmazanov isə deyib: “Qaregin Njdenin İrəvanda abidəsi ona görə qoyulub ki, o, həqiqətən erməni xalqının milli qəhrəmanıdır”.
Qaregin Njde haqqında arxivlərdə çoxlu maraqlı sənədlər var. Həm çarizm, həm də sovet dövrünün məxfi arxiv sənədləri qəti şəkildə sübut edir ki, Njde peşəkar terrorçu, erməni keşişi təfəkkürü sahibi, qəddar qatil olub. O, Sofiya şəhərində daşnakların terrorçular hazırlayan məktəbini bitirib. Njde İranda, Rusiya ərazisində terror aktlarının törədilməsində iştirak edib. Çarizm orqanları onu həbs edib. Həbsxanadan buraxıldıqdan sonra 1912-ci ildə Balkan müharibələri başlayanda isə yenidən Bolqarıstana gedib və erməni silahlı dəstələrinin, terror qruplarının qurulmasında iştirak edib. Birinci dünya müharibəsi illərində Qafqaz cəbhəsində terrorçu, “Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın başçılıq etdiyi erməni silahlı dəstələrinin birində onun müavini olub. Şərqi Anadoluda, rus Qafqaz cəbhəsi dağıldıqdan sonra isə Cənubi Qafqazda mülki əhalinin kütləvi şəkildə öldürülməsində ad çıxarıb. Azərbaycan torpaqlarında Ararat Respublikası – Daşnak Ermənistanı qurulduqdan sonra Njde azərbaycanlı əhalinin soyqırımında qanlı rol oynayıb. Vedibasarda, Zəngəzurda mülki əhalinin məhv edilməsi ilə tanınıb.