Demokratik seçki mühiti: Rusiya seçkilərə gedir-Özəl

4611

Sosialmedia.az xəbər verir ki, Rusiyada 17 martda prezident seçkiləri keçiriləcək. Seçkilərdə prezidentlik uğrunda 4 namizəd mübarizə aparacaq. Qeyd edək ki, Yeni İnsanlar Partiyasının namizədi Vladislav Davankov, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Vladimir Putin, Rusiya Liberal Demokrat Partiyasının namizədi Leonid Slutski və Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Nikolay Xaritonovdur. Qeyd edək ki, Rusiya Qanunvericiliyinə görə, birinci tur bazar günü, martın 17-də keçiriləcək. Namizədlərdən heç biri səslərin yarısından çoxunu toplamasa, ikinci tur düz üç həftə sonra, 7 aprel 2024-cü ildə keçiriləcək. Seçkilərin qalibinin inauqurasiya mərasiminin 2024-cü il mayın 7-də keçirilməsi planlaşdırılır.


Rusiyada mövcud durum seçkilərin demokratik şəraitdə keçirilməsi üçün heç bir maneə yaratmır. Rusiyada fəaliyyət göstərən vətəndaş institutlarının bərabər şəraitdə fəaliyyəti, dialoq mühtinin olması, eyni zamanda fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf tempinin müsbət inkişaf dinamikası demokratik mühit formalaşmasında önəmli yer tutur.


Eyni zamanda Rusiya hökuməti seçkilərin demokratik şəkildə keçirilməsini təmin etmək üçün ən yüksək səviyyədə işlər görüb.


Rusiya Prezidenti Vladimir Putin də bu məsələ ilə bağlı çıxış edib: “Bu ilin sentyabrında yerli və regional hakimiyyət orqanlarına seçkilər və 2024-cü ildə keçiriləcək prezident seçkiləri ciddi şəkildə qanunvericiliyə uyğun, bütün demokratik və konstitusiya prosedurlarına riayət olunmaqla keçiriləcək”.


Əlavə olaraq qeyd edək ki, Rusiya hazırda Ukrayna ilə konfilik şəraitindədir. Bu şəraitdə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan, belə demək mümkündürsə, ən az zərərlə çıxan Putin iqtidarı Rusiyada böyük nüfuza malikdir. Demokrati seçkilərin keçiriləcəyi isə heç bir vətəndaş institutu tərəfindən şübhə ilə qarşılanmır.


Məsələ ondadır ki, Rusiyadakı vətəndaş institutlarının fəaliyyəti üçün bərabərhüquqlu mühitin olması, seçki öncəsi və sonrakı dövrlərdə azad formada araşdırmaların aparılması mümkün görünür. Bu isə özlüyündə seçkinin demokrat formada keçirilməsində mövcud hakimiyyətin maraqlı olduğunu göstərir.
Qərb təsisatlarının Rusiyadakı seçkilərlə bağlı seçkiöncəsi qara piar kampaniyası aparması mövcud prosesi gözdən salmağa hesablanmış addımdır. Rusiyada seçki mühiti isə tamamilə fərqli görüntü yaradır və bu da Qərbin fəaliyyətinin nəticəsiz qaldığını göstərir.