“İslami terror” ifadəsi işlədilə bilməz!

154

Terrorizm fəaliyyətlərini islamdan ayırmalıyıq. “İslami terror” ifadəsi işlədilə bilməz!

Sosialmedia.az xəbər verir ki, bunu Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

“İslam bir dindir, terrorla heç bir əlaqəsi yoxdur. Bunları ayırmaq lazımdır. Terror hücumunu edənlər Fransa, Almaniya, bir sözlə Avropada doğulmuş şəxslərdir. Fransa və Avstriyada baş verən son terror hücumlarında səbəb-nəticə əlaqələri axtarılmamalıdır”, – deyə diplomat bildirib.