Bakıda qadın uşağı ilə intihara cəhd edir.
SosialMedia.az-ın məlumatına görə, qadın uşağı ilə birlikdə metronun “Koroğlu” stansiyası yaxınlığındakı körpüyə çıxıb.
Onun hansı səbəbdən belə bir addım atdığı bilinmir.
Hazırda əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onu fikrindən daşındırmağa çalışırlar.