Pulsuz çimərliklərdəki şlaqbaumlar yığışdırıldı

270

Vətəndaşların Şıx çimərliyinə daxil olması üçün qoyulan maneələr – qapı, şlaqbaumlar çıxarılıb.

Bu barədə SosialMedia.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən məlumat verilib.

Bildirilib ki, Bakının müxtəlif ərazilərindən çimərliklərdə qoyulan maneə ilə bağlı BŞİH-ə şikayətlər daxil olub. BŞİH-in Ticarət və Xidmət Departamenti reydlərə  başlayıb.

Şıx çimərliyində insanların çimərliyə daxil olması üçün qoyulan lövhə, qapı, şlaqbaumlar götürülüb. Sahibkarlara bu barədə xəbərdarlıq olunub.

Departamentdən qeyd edilib ki, çimərlik zonalarında dəniz çimərliyinə girişin pulsuz olması barədə elan lövhələri quraşdırılacaq.