Hacıqabulda elektrovoz yanıb

239

Hacıqabul rayonunun Qızılburun kəndində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus elektrovozun mühərriki və kabinə hissəsi 40 m² sahədə yanıb.

SosialMedia.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, elektrovozun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.