Zakir Qaralov Bakıya yeni hərbi prokuror təyin etdi

203

Bakıya yeni hərbi prokuror təyin edilib.

SosialMedia.az-ın məlumatına görə, bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovniki Rzayev İlyas Ramiz oğlu Bakı hərbi prokuroru vəzifəsinə təyin olunub.

O, bundan əvvəl Hərbi Prokurorluğun Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.

Məlumatı hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev təsdiq edib.

Xatırladaq ki, bundan əvvəl Bakının hərbi prokuroru ədliyyə polkovniki İmran Əhmədov idi.