“Azərikimya” Etilen-Polietilen zavodunda baş vermiş ölümlə bağlı məlumat yayıb – YENİLƏNİB

256

“Azərikimya” İstehsalat Birliyi Etilen-Polietilen zavodunda baş vermiş ölüm hadisəsi ilə bağlı məlumat yayıb.

İB-dən SosialMedia.az-ın yerli bürosuna bildirilib ki, iyunun 15-də saat 15:20 radələrində “Azərikimya” İB-nin modernizasiya layihəsində baş podratçı olan İtaliyanın “Technip İtaly Spa” şirkətinin işçisi (elektrik) Bakı sakini, 1982-ci il təvəllüdlü Baxşiyev Ziyad Sabir oğlu zavodun ərazisində modernizasiya işləri aparan zaman gərginliyə düşüb.

“Ziyad Baxşiyevə hadisə yerində podratçı şirkətlərin növbətçi həkimləri, sonra isə “Kimyaçı” poliklinikasının təcili-tibbi yardım həkimləri tərəfindən ilkin tibbi yardım göstərilsə də, onun həyata qaytarılması mümkün olmayıb və vəfat edib. Dünyasını dəyişmiş şəxs “Azərikimya” İB-nin Etilen-Polietilen zavodunun deyil, podratçı şirkət olan “Technip İtaly Spa” şirkətinin işçisidir”, – deyə məlumatda bildirilib.

***

15 iyul

saat 17.58

Sumqayıtda zavodda bədbəxt hadisə baş verib.

SosialMedia.az-ın yerli bürosunun məlumatına görə, şəhərin Etilen-Polietilen zavodunda çalışan 1982-ci il təvəllüdlü Baxşıyev Ziyad Sabir oğlunu elektrik cərəyanı vurub. Z. Baxşıyev hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.