Heydər Əliyev Fondunun dəstəyi ilə Sumqayıtda Dövlət Sosial Müdafiə Fondu aztəminatlı ailələri sevindirdi

1056

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı paylanılıb.

Cins heyvanlar xüsusi ət kəsimi ilə kəsilərək hər bir ailə üçün ayrı- ayrılıqda qablaşdırılıb.

SosialMedia.az xəbər verir ki, Heydər Əliyev Fondunun bayram sovqatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinin rəhbəri Ceyhun Suleymanov ,müdir müavini Zaur Rəsulov və şöbənin kollektivi tərəfindən aztəminatlı ailələrə paylanılıb.

Vətəndaşlar bayram sovqatına görə Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildiriblər .