QHT rəhbərləri Fərasət Qurbanovu təbrik etdilər

584

Bu gün Azərbaycan vətəndaş cəmiyyətinin nüfuzlu təmsilçilərindən biri – Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanovun doğum günüdür.

Bu münasibətlə bir çox QHT-ları rəhbərləri bu özəl gün münasibəti ilə Fərasət müəllimi təbrik ediblər.

Vəfa Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri Fatimə Hacıbəyli- Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanovun doğum günüdür.
Hörmətli Fərasət müəllimi doğum günü münasibətilə təbrik edir, fəaliyyətində və şəxsi həyatında uğurlar arzulayırıq!

Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgər qızı -Bu gün dəyərli Fərasətn Qurbanovun Doğum Günüdür. O , ictimai sektorun bütün ağırlığını daşıyanlardandır. Bütün kritik anlarda nə səsinin tonu qalxar, nə də çöhrəsindəki işıq çəkilər. Dəyərli Fərasət müəllim, Sizinlə işləmək çox xoşdur.Tanrıdan Sizə sağlamlıq, şans arzulayıram. Gərgin işinizdə hər zaman üzünüz gülsün.Əziz İnsan, Doğum Gününüzü təbrik edirəm!

Bəyimxanım Verdiyeva- Bu ğün xalqımızın dəyərli ziyalısı hörmətli Fərasət müəllim Qurbanovun doğum ğünüdür.
” Xan Şuşinski fondu”adından onu ürəkdən təbrik edərək ona sağlıq firavan ğözəl həyat parlaq məsuliyyətli fəaliyyətində uğurlar diləyirik!!!

Bizdə SosialMedia.az saytı olaraq, Fərasət müəllimi təbrik edirik, ona uzun ömür, can sağlığı və işlərində yeni naliyyətlər arzu edirik.