Azərbaycanda faciə: azyaşlı beşmərtəbəli binadan yıxıldı

169
Mingəçevirdə 2 yaşlı uşaq binanın 3-cü mərtəbəsindən yıxılıb.
SosialMedia.az-ın Mingəçevir bürosunun məlumatına görə, hadisə Energetik yaşayış massivindəki Naxçıvan küçəsində baş verib.
Nəzarətsiz qalmış 2017-ci il təvəllüdlü şəhər sakini Rəcəbov Uğur İlkin oğlu yaşadığı beşmərtəbəli binanın 3-cü mərtəbəsindən yerə düşüb.
Ağır xəsarət alan azyaşlı dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.