Şəmkirdə sürücünün ölümü ilə nəticələnən yol qəzası olub

128

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

SosialMedia.az-ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb. Belə ki, 1984-cü il təvvəlüdlü Elxan Həsənov idarə etdiyi  “Chevrolet-lacetti” markalı minik maşını ilə hərəkətdə olarkən idarə etməni itirib. Nəticədə minik maşını aşıb.

Sürücü hadisə yerində dünyasını dəyişib.

Faklta bağlı araşdırma aparılır.