Sumqayıtda qadını vuraraq hadisə yerindən qaçan sürücü tutulub

135

Sumqayıtda piyadanı vuran sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SosialMedia.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də şəhər sakini Mənsumə Əliyevanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Abşeron rayon sakini R.Manafov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.