Ərdoğan: “Terrorçuların tutulması üçün nə lazımsa ediləcək”

277

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkirdə PKK terrorçularının törətdiyi terror hadisəsinə münasibət bildirib.

SosialMedia.az- ın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə Prezidenti Ərdoğan mülki şəxsləri hədəf alan terror hücumunu törədən PKK üzvlərinin tutulması üçün lazımi bütün vasitələrdən istifadə olunacağını söyləyib.