“Azercell”: Şəbəkədə yaranan problemlər qısa müddət ərzində aradan qaldırılacaq

150

Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom”un şəbəkəsində texniki problemlər yaranıb.

Şirkətdən SosialMedia.az-a bildirilib ki, paytaxtın bəzi ərazilərində xidmətlərin istifadəsi ilə əlaqədar yaranan çətinliklərin aradan qaldırılması üçün təcili tədbirlər görülür və qısa müddət ərzində şəbəkənin normal fəaliyyəti bərpa olunacaq.