Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əmək haqqı 682 manatdır.
SosialMedia.az-ın xəbərinə görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) illik hesabatında qeyd olunub.
Bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 2019-2020-ci tədris ili üçün 682 manat təşkil edir.