Sumqayıt şəhərində fəaliyyət göstərən ƏSMİD İctimai Birliyi 3 yaşını qeyd edir

1033

SosialMedia.az xəbər verir ki, bu gün “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin 3 yaşı tamam olur. Bu barədə təşkilatın rəhbəri Səbinə Kərimova öz feysbuk profilində yazıb və bir il ərzində gördükləri işlərin fotolarını paylaşıb. Yazını olduğu kimi təqdim edirik.

31.01.2020-ci il “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək”(ƏSMİD) İctimai Birliyinin 3 yaşı tama olur.Biz hər il yaşımızı bir ay əvvəl “Yeni il” bayramında keçiririk. Ancaq yaranma tariximizi heç vaxt unutmuruq.Biz nələrdən keçdik,hansı insanlarla qarşılaşdıq, nə qədər mübariz olduq. Ancaq artıq üç ildir ki,ayaqdayıq. Daha böyüməyə başlamışıq.

Çıxdığımız yol cətin idi,ancaq öhdəstindən gələ bildik..Gözəl işlərə imza atıq.Bu üç ildə çox insanın həyatını dəyişdik və dəyişməkdə də davam edəcəyik. Bir ailəyə çevrildik. Nə etdiksə daxilimizdə həll etdik pisimizidə,yaxşımızıda. Əvvəlki illərdə olduğu kimi 2019-da da bir çox işlər gördük,əməkdaşlıqlara imza atdıq. Yeni insanlarla görüşdük və bizlərdən birinə çevrilldilər.Bu il daha çox dövlət idarələri ilə əməkdaşlıqlara imza atdıq və buna çox şadıq ki, onlarda bizimlə birgədilər.2019-cu ildə ən böyük uğurumuz SosialMedia.az saytıdır ki,onun yaranmasında bizə dəstək olan Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına minnətdarıq.Bu saytda əziyyəti olan Cesaret Hüseynzadeye təşəkkür edirik. Onun sayəsəində bu gün saytımızda fiziki məhdudiyyətli gənclər işləyir və ölkəmizdə baş verən hadisələrlə bağlı informasiyanın paylaşırlar.

Əlilliyi olan istedadlı insanlar öz əlişlərini saytımızda rahat şəkildə yerləşdirib paylaşa bilirlər.Bu bizim uğurumuzdur. Digər uğurlarımız isə çox yaxında əlillərimizin özünə məşqulluqu ilə bağlı olacaq.Onlar hər biri öz işini quracaq.2019-cu ildə həm Bələdiyyə seçkilərində iştirak etdik, həm də Parlament seçkilərində iştirak edərək təcrübə qazandıq. Hələ tam güclü deyilik! Ancaq təşkilat olaraq mübarizik! Əliliyi olan şəxslərin sosial müdafiəsi və inteqrasiyası üçün bundan sonrada gözəl işlərə imza atacağıq!