Azərbaycanda bu qurumun adı dəyişdirildi

231

Respublika Taun Əleyhinə Stansiyanın adı dəyişib.

SosialMedia.az-ın xəbərinə görə, Stansiyanın bazasında Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi yaradılıb.

Dəyişikliyin Səhiyyə Nazirliyinin kollegiyasının qərarı ilə baş verdiyi bildirilir.

Dəyişiklə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SosialMedia.az-ın  sorğusuna hər hansı açıqlama verilməyib.

Qeyd edək ki, Azərbaycana “2019-nCoV” koronavirus epidemiyasının diaqnostik alətlər dəsti gətirilib. Koronavirusun diaqnostikası Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində aparılacaq.