Yasamalda 64 yaşlı kişini maşın vurdu, vəziyyəti ağırdır

304

Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SosialMedia.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, Şərifzadə küçəsində yolu keçən 1956-cı il təvəllüdlü Məmmədov Tahir Əli oğlunu minik avtomobili vurub.

Nəticədə piyada ağır bədən xəsarəti alıb. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və vəziyyəti ağır olduğuna görə reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.