Sağlamlıq imkanları məhdud uşaqlar da elektron sistem vasitəsilə I sinfə qəbul ediləcək

207

“Bu il də bütün ölkə üzrə sağlamlıq imkanları məhdud uşaqlar var. Həm xüsusi, həm də ümumtəhsil müəssisələrinin evdə təhsil alacaq uşaqları elektron sistem vasitəsilə I sinfə qəbul ediləcək”.

SosialMedia.azın məlumatına görə, bunu Təhsil Nazirliyində keçirilən mətbuat konfransında Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva bildirib.

Müdir müavini həmçinin qeyd edib ki, il ərzində 7 və 8 yaşında məktəbə gedəcək uşaqlar da 5 yaşlılarla eyni hüquqa malikdir: “Onlar martın 10-dan qeydiyyatdan keçib, martın 13-dən başlayaraq istədikləri məktəblə bağlı elektron sistem vasitəsilə sorğu yerləşdirə bilərlər”.