Gürcüstanda nazir müavini koronavirusa yoluxub

214

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirinin müavini Yuri Nozadzenin koronavirusa yoluxması təsdiqlənib.

SosialMedia.azın yerli bürosunun xəbərinə görə, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, nazir müavinin analizləri martın 10-da müsbət cavablanıb.

Hazırda onun ailəsinin də izolyasiya şəraitində qaldığı bildirilir.