Şirvanda iki qardaş bıçaqlanıb

144

Şirvanda baş verən bıçaqlanmanın təfərrüatları məlum olub.

SosialMedia.azın yerli bürosunun verdiyi xəbərə görə, ilkin araşdırmalar nəticəsində müəyyən edilib ki, 1997-ci il təvəllüdlü Qəribov Ədalət Novruz oğlu həmyerlisi, 1990-cı il təvəllüdlü Əhmədov Şəhriyar Əlifağa oğlunu bıçaqlayıb. Hadisə yerinə gələn Ş.Əhmədovun qardaşı, Bəxtiyar Əhmədov Ə. Qəribovu və onun qardaşı, 2001-ci il təvəllüdlü Qəribov Teymur Novruz oğlunu bıçaqlayıb. Hər iki qardaş və Ş.Əhmədov xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

saat 11:36

Şirvanda iki nəfər bir-birini bıçaqlayıb.

SosialMedia.az-ın Mil-Muğan bürosunun məlumatına görə, rayon sakinləri – 1990-cı il təvəllüdlü Əhmədov Şəhriyar Əlifağa oğlu və 1997-ci il təvəllüdlü Qəribov Ədalət Novruz oğlu daxilə nüfuz edən bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olublar. Onların bir-birini bıçaqladığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.