ƏSMID İctimai Birliyi Şuranın dəstəyi ilə online rəsm müsabiqəsi təkil edir

544

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Evdə qal,cəmiyyəti qoru” adlı rəsm müsabiqəsi elan edir.

Müsabiqə dünyada pandemiya ilə mübarizəni necə gördüklərini, ölkəmizdə elan olunan karantin dövründə nə kimi maneələrlə üzləşdikləri, gələcək arzularının öyrənilməsi və evqə qaldıqları müddəti daha maraqlı etmək məqsədi ilə həyata keçirilir.

İştirak etmək istəyən şəxlər çəkdikləri rəsmlərin şəklini və şəxsi məlumatlarını 11 may 2020-ci il tarixinədək elli.az@mail.ru ünvanına yollamaları xahiş olunur.

Müsabiqədə iştirak edənlər arasında yaş kateqoriyası nəzərdə tutulmamışdır.
Müsabiqəyə həm foto həm də əllə çəkilmiş rəsm əsəri təqdim oluna bilər.Rəsmlər evdəqal cəmiyyəti qoru həştağı ilə təqdim olunmalıdır.

Müsabiqədə 3 yer nəzərdə tutulmuşdur. Qaliblər hədiyyələrlə təltif olunacaqlar. Müsabiqə 11 aprel 2020-ci il tarixindən- 11 may 2020-ci il tarixinə qədər davam edəcək.
Rəsmlər sosialmedia.az saytında işiqlandırılacaq.
layihə rəhbəri Səbinə Kərimova