Karantin zamanı daşınan sərnişinlərin sayı nə qədər azalıb? – AÇIQLAMA

139

Xüsusi karantin rejimi dövründə respublika üzrə şəhərdaxili (rayondaxili) avtobus marşrutları ilə (Bakı şəhəri istisna olmaqla) aprelin 1-3 -də 231624, 4-6-da 124292, ayın 7-9-da 63653, 10-12-də 69043 və 13-15- də 73275 sərnişin daşınıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) SosialMedia.az-a  verilən məlumata görə, aprelin 1-3-ü ilə müqayisədə ayın 13-15-i üzrə şəhərdaxili (rayondaxili) avtobus marşrutları ilə (Bakı şəhəri istisna olmaqla) daşınan sərnişin sayı 68.4 faiz azalıb.

Həmçinin, fəaliyyətinə icazə verilən yeganə şəhərlərarası avtobus marşrutları olan “Bakı-Sumqayıt”, “Bakı-Abşeron” və “Sumqayıt-Abşeron” xətləri üzrə aprelin 1-3-də 75400, 4-6-da 54405, ayın 7-9-da 45275, 10-12-də 43460 və 13-15-də 46160 sərnişin daşınıb. Aprelin 1-3-ü ilə müqayisədə ayın 13-15-i üzrə “Bakı-Sumqayıt”, “Bakı-Abşeron” və “Sumqayıt-Abşeron” avtobus marşrutları ilə daşınan sərnişin sayı 38.8 % azalıb.

Ümumilikdə, xüsusi karantin rejiminə qədərki dövrlə müqayisədə daşınan sərnişin sayı 85 faiz azalıb.