Tailandda yeni tip koronavirusa yoluxan 1 aylıq körpə tamamilə sağalıb.
SosialMedia.az xəbər verir ki, həkimlər uşağın vəziyyətinin yaxşı olduğunu bildiriblər.
“Körpəyə 4 antibiotik dərman verilib. Məqsədimiz 10 gün müddətində körpəni bu üsulla müalicə etmək idi. Hər gün vəziyyətini yoxlayırdıq. Təxminən müalicənin 5-ci günündə körpənin vəziyyətinin yaxşılığa doğru irəlilədiyini gördük”, – həkimlər vurğulayıblar.
Qeyd edək ki, Tailandda ümumilikdə 2 min 839 nəfər pandemiyaya yoluxub, 50 nəfər isə həyatını itirib.