Mobil telefonlar infeksiyaların çoxalma məkanına çevrilə bilər

135

Mobil telefonların səthi infeksiyaların çoxalma məkanına çevrilə bilər.

Sosialmedia.az xəbər verir ki, bu sözləri rusiyalı həkim Timur Sadıqov deyib.

Onun sözlərinə görə, pandemiya dövründə smartfonlardan istifadə fiziki və zehni sağlamlıq üçün təhlükə ola bilər:

“Daim bir nəfərin əlində olan smartfon bakterial məkan yaratmaqla yanaşı, müəyyən infeksiyaya yoluxmaya da gətirib çıxara bilər. Həmçinin istifadəçinin üzü və qulaqları da telefonla təmasdadır. Bu dönəmdə “ağıllı telefonlar” sistematik şəkildə dezinfeksiya edilməlidir. Spirt, yaxud yaş salfetlə dezinfeksiya edilməsi mümkündür”.