“Türküstan” qəzeti sabahdan etibarən nəşrini bərpa edir

268

Sabahdan etibarən “Türküstan” qəzeti nəşrini bərpa edir. Sosialmedia.az xəbər verir ki, bunu qəzetin baş redaktoru Aqil Camal açıqlayıb. Baş redaktor oxucuların diqqətinə bunları çatdırıb:

“Sayğıdəyər “Türküstan” oxucuları, müəlliflərimiz, təəssübkeşlərimiz!

Qəzetimiz 3 həftəlik fasilədən sonra sabahdan sizinlə olacaq. Nazirlər Kabinetinin qərarı ilə 27 apreldən qəzet satışına icazə verilir. Əslində, karantin müddətində çap versiyası çıxmasa da, saytımız – Turkustan.info vasitəsilə həm qəzetin daimi müəlliflərinin yazıları, həm də KİVDF tərəfindən maliyyələşdirilən layihəmiz onlayn versiyada icra olunaraq oxuculara çatdırılıb. İndi isə qəzet satışına icazə verilməsi və karantin rejimindəki yumşalma ilə bağlı qəzetin nəşrini may ayına keçmədən bərpa etməyi qərara aldıq.

Həsən Bəy Zərdabidən başlanan milli qəzetçilik ənənələrini çağdaş mediaçılıqla birləşdirən “Türküstan” ailəsi üçün sizlərin etimadı və dəstəyi ali meyardır”.