Ulu öndər Heydər Əliyev haqqında daha bir kitab işıq üzü gördü

703

Ulu öndər Heydər Əliyev haqqında daha bir kitab işıq üzü gördü. Bu barədə SosialMedia.az xəbərə müstəqil jurnalist Mətanət Əsgərqızı məlumat verib. Onun sözlərinə görə, kitabın müəllifi polis general- mayoru Həsən Şirinov kitabı ulu öndərin 97 illiyinə həsr edib.

Həsən Şirinov: “Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür.

Ümummilli lider Heydər Əliyevi xalqını xilas etmək kimi ali iradəni yerinə yetirməkdən heç nə, heç bir qüvvə saxlaya bilmədi! O, xalqının milli ruhunun dirçəlişində mühim rol oynayaraq, yeni müstəqil Azərbaycan dövlətini qurdu və müstəqilliyinin təhlükəsizliyini təmin edəcək siyasi kursunu müəyyən edərək, gələcək xoşbəxtliyinin təməlini qoydu!.

Onun siyasi fitri istedadının gücü və əzəməti həmkarları üçün bu gün də, bir sirr kimi əlçatmaz olaraq qalır!..
Siyasi güc və qüdrət rəmzi olan o böyük şəxsiyyət mənim idealımdır!
Ulu öndər Heydər Əliyev müdrik Azərbaycan xalqının qəlbində əsrlər boyu yaşayacaqdır!…”