ARB hansı işçilərini cəzalandırdı?

168

Sosial şəbəkələrdə MTRŞ tərəfindən “Elgizlə izlə” verilişində əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya yayımlanmasına görə 6 saatlıq cəzalandırılan ARB kanalının bu müddətdə yayımlanmayan reklamların pulunu işçilərin əmək haqlarından kəsərək kompensasiya etməsi barədə məlumatlar yayılıb.

Sosialmedia.az bildirir ki, Məsələ ilə bağlı Axar.az-a açıqlama verən ARB Media Qrupun mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli bildirib ki, efirdə yaşanan problemə görə yalnız günahkar əməkdaşlar cəzalandırılıb.

“Bu, yalan söhbətdir. Belə bir şey ola bilməz. Əməkdaşlar sadəcə gördükləri işlərə görə məsuliyyət daşıyırlar. Heç bir əməkdaş reklam məsələsinə görə cəzalandırılmayıb. Cəzalandırılan əməkdaşlar yalnız məsuliyyət daşıyan işçilərdir”.

Qeyd edək ki, MTRŞ aprelin 20-də ARB-də yayımlanan “Elgizlə izlə” verilişində əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya yayımlanmasına görə kanala 6 saatlıq efir qadağası qoyulması barədə qərar qəbul etmişdi.