ABŞ qaranlığa qərq olacaq

239

Koronavirus pandemiyası ilə bağlı payıza qədər milli plan yaradılmasa, ABŞ modern tarixinin ən qaranlıq qışını yaşayacaq.

Sosialmedia.az xəbər verir ki, bu sözləri amerikalı məşhur həkim Rik Brayt deyib.

O, Tramp administrasiyasının pandemiya ilə mübarizədə uğursuz olduğunu bildirib:

“Dünyanın ən yaxşı elm adamlarına sahibik. Bu prosesi idarə etməyimizə icazə verin. Cəzalanma qorxusu olmadan danışmalıyıq. Elmə söykənən milli və koordinasiyalı plan yaratmasaq, epidemiya daha da uzanacaq və bənzəri görünməyən xəstəliklərə, ölümlərə səbəb olacaq”.