Azərbaycanda FACİƏ: 11 yaşlı qızın meyitini tapdılar

112

Füzuli rayonunda çayda batan 11 yaşlı qızın axtarışı başa çatıb.

SosialMedia.az -ın yerli müxbirinin xəbərinə görə, Yuxarı Mil kanalının Füzuli rayonu, 1 nömrəli Qayıdış qəsəbəsindən keçən hissəsində batdığı ehtimal olunan Məmmədova Aysun Arzu qızının meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılıb.

A.Məmmədovanın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.