Bakıda intihara cəhd edən qadın xilas edilib – YENİLƏNİB-1

191

Bakıda intihara cəhd edən qadın xilas edilib.

 

***

saat 12:31

 

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda intihara cəhdlə bağlı məlumat yayıb.

SosialMedia.azın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin  intihara cəhd etməsi barədə məlumat daxil olub.

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvfiq xilasetmə qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

saat 12:19

Bakıda qadın intihara cəhd edir.

SosialMedia.azın məlumatına görə, hadisə Nərimanov rayonu, Həsən Əliyev küçəsində qeydə alınıb. Naməlum qadın tunelə özünü ataraq intahar edəcəyini bildirib.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları və xilasedicilər gəlib.