Samux rayonunda bıçaqla yaralanma hadisəsi olub

157

Samux rayonunda bıçaqla yaralanma hadisəsi olub.

Sosialmedia.az APA-a istinadən məlumatına görə, hadisə rayonun Çobanabdalı kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Rəşad Ələstan oğlu Məmmədov kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə cərrahi əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, R.Məmmədov kənddə qəssablıqla məşğul olur. Yaxınlarının sözlərinə görə, heyvan kəsərkən ehtiyatsızlıqdan bıçaq yarası alıb. Hadisə ilə bağlı polisə məlumat verilib.