Əlilliyi olan şəxslər peşə kurslarına dəvət olunur

567

SosialMedia.az xəbər verir ki, Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Əlilliyi olan şəxslərin məşğulluğunun artırılması“ adlı təşəbbüs icra olunur.

Təşəbbüs çərçivəsində sağlamlıq imkanı məhdud bir qrup insanın məşqulluğunun artırılması məqsədi ilə onların peşəyə yiyələndirilməsi, əl işlərinin satışının təşkili və cəmiyyətə düzgün inteqrasiyasına dəstək verilməsi nəzərdə tutulmuşdur.

Burada ilkin olaraq bir qrup sağlamlıq imkanı məhdud şəxsə xüsusi hədiyyəlik əşyaların hazırlanması qaydalarının öyrədilməsi üçün üç aylıq peşə kursları təşkil olunacaqdır. Daha sonra isə təşəbbüs çərçivəsində yaradılmış mərkəzdə davamlı olaraq onların əl işlərinin satışı təşkil olunacaqdır. Mərkəz Bakı şəhəri, Xətai rayonu ərzisində fəaliyyət göstərəcək.

Məqsədimizdən faydalanmaq istəyənlərin (+994) 55-705-44-44, (+994) 51-291-72-25 telefon nömrələri ilə əlaqə saxlamaları və ya dtid@rambler.ru poçt ünvanına yazmaları xahiş olunur. Əlaqələndirici şəxs Qəribova Nərminə Şərif qızı.

Peşə kurslarında iştirak etmək üçün son müraciət tarixi: 05 iyul 2020-ci il.