ÜST ikinci dalğanın gələcəyi tarixi açıqladı

303

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində koronavirusa yeni yoluxma hallarının ortaya çıxmasından sonra pandemiyanın ikinci dalğası ilə xəbərdarlıq edib.

Sosialmedia.az xəbər verir ki, ÜST payız aylarında ikinci dalğanın başlayacağını istisna etməyib.

ÜST-ün Avropa regionu üzrə nümayəndəsi Hans Kluge bütün ölkələri təcili tədbirlər görməyə çağırıb.

Onun sözlərinə görə, ikinci dalğaya qarşı ÜST mümkün karantin məhdudiyyətlərini özündə birləşdirəcək strategiya hazırlayacaq.