Trampdan Rusiyaya xəbərdarlıq: Ciddi siqnaldır!

194

Polşaya amerikan hərbi qüvvələrinin yerləşdirilməsi qərarı Rusiyaya ciddi siqnaldır.

Sosialmedia.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp polşalı həmkarı Andjey Duda ilə görüşdən sonra mətbuat konfransında deyib.

Buna baxmayaraq, Ağ Ev rəhbəri Rusiya ilə problemlərin yoluna qoyulacağına inandığını söyləyib.

Tramp, həmçinin Almaniyanın Rusiyadan qaz almasından dolayı da narahatlığını gizlətməyib.

Qeyd edək ki, Tramp Almaniyadakı 34,5 minlik ABŞ hərbi kontingentinin 9,5 minlik hissəsini Polşa və digər Avropa ölkələrinə yerləşdirməklə bağlı qərar verib.