Günəbaxan tarlasında Bethovenin nəhəng portreti yaradıldı

344

Dahi alman bəstəkarı Lüdviq van Bethovenin portreti günəbaxan tarlasında nəhəng labirint formasında peyda olub.

Sosialmedia.az xəbər verir ki, bu heyrətamiz labirint Uttinq-am-Ammerze şəhərində yaşayan bavariyalı fermerlər ailəsi tərəfindən yaradılıb. Onlar artıq 20 ildir ki, belə labirintlər quraşdırmaqla məşğuldurlar.

Korinn və Uli Ernst bəstəkarın 250 illik yubileyi münasibətilə bu cür portret yaratmaq fikrinə gəliblər.

Labirint o qədər böyükdür ki, onu tam şəkildə yalnız quş uçuşu hündürlüyündən görmək mümkündür.