Hamı bilməlidir: Azərbaycandakı qardaşlarımız…

166

Hər kəs yaxşı bilməlidir ki, Türkiyə Azərbaycandakı qardaşlarının yanında yer alaraq hər cür hücumun qarşısını almaqdan geri çəkilməyəcək.

Sosialmedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun bildirib.

Ötən gün keçirilən Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısından danışan F.Altun iclasda Liviyadan Suriyaya, İraqdan Azərbaycana və Aralıq dənizinə qədər bölgəyə aid bütün mövzuların gündəmə gətirildiyini söyləyib:

“Türkiyə üçün “Qızıl alma” bütün dünyanın sülh içərisində olmasıdır. İllərlə davam etdirdiyimiz qətiyyət, insanlara yönəlik təhlükəsizlik və xarici siyasət nəyin bahasına olursa-olsun, davam edəcək, gec-tez bütün tərəflər Türkiyənin izlədiyi istiqamətə yönələcək”.