Braziliyada bir gündə 60 minədək insanda koronavirus aşkarlanıb

122

Braziliyada son sutka ərzində daha 59 961 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiqlənib.

SosialMedia.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 2 287 475 nəfər yoluxub. Bu müddət ərzində 84 082 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 1311 nəfər olub.

Həmçinin bu günədək 1 570 237 xəstə müalicə olunaraq sağalıb.

Qeyd edək ki, Braziliya COVID-19 infeksiyasına yoluxanların və bu virusdan ölənlərin sayına görə dünyada ikinci yerdədir.