Bizim bir savaşımız var o da Qarabağdadır

506

Eyni zamanda, belə təxribatları ilə Ermənistan beynəlxalq ictimaiyyətə çatdırmaq istəyir ki

Müharibə xarici ölkələrdə getməməlidir, siz orada hansı qeyrət, hansı güc göstərsəniz də, Qarabağda heç nə dəyişməyəcək. Bizim bir savaşımız var o da Qarabağdadır.

Bu barədə ətraflı olaraq bizimlə söhbət edən Sosioloq Zəminə xanım Səfərova-nın Mercek Haber gazetesinə  verdiyi müsahibəni sizə təqdim edirik.

– Los-Angeles və bəzi Avropa ölkələrinin paytaxt şəhərlərində keçirilən mitinqdə soydaşlarımıza qarşı edilən təxribatlara münasibətinizi öyrənmək istəyərdik?

Artıq bütün dünya ermənilərin milli kimliyini və hansı təxribatlara əl atdıqlarını bilməlidir. Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımıza qarşı edilən təxribatlara bütün dünya bələd oldu. Buna təxribatdan başqa ad qoymaq olmaz. Əlbəttə, bir vətəndaş olaraq, bu cür vəziyyəti normal qarşılamıram.  Axı bizim millət vəhşiliklər etməyə meyilli xalq deyil. Bizim millət həmişə onların vəhşiliklərinə cavab veriblər, hər zaman olduğu kimi təxribata ilk  onlar başlayıb. Həmişə ermənilərin törətdikləri vəhşilikləri dünyaya tanıdan bir ölkə olmuşuq və yenə də belə olmalıyıq. Onların əsas istəyi özlərini dünyaya hər zaman humanizm tərəfdarı olaraq, göstərmək, bizləri təxribat yönümlü bir millət kimi qələmə verməkdir. Bu cür təxribatlarla bizim milləti dünyaya  vəhşi bir xalq kimi tanıtmağa cəhd etməkdir. Loc-Angeles və  Brüsseldə ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikdən sonra Rusiyada  da analoji hadisələr təkrarlandı.

Ermənilər azərbaycanlını döyərək, video çəkilişi edib, sosial şəbəkələrdə yayımladılar. Buna cavab olaraq, Rusiyanın bir sıra şəhərlərində yaşayan azərbaycanlılar baş verən hadisələrə cavab məqsədilə emosional addımlar atdılar. Ermənilərin bu çirkin əməllərinə və məqsədlərinə çatmağa imkan verməməliyik. Emosiyalarımızı toplamalıyıq. Təmkinlə, siyasətlə addım atmalıyıq. Biz demirik ki, vuruşmayaq, cavablarını verməyək, xeyir, əksinə biz gücümüzü toplamalıyıq yalnız  Qarabağımız uğrunda vuruşaraq, torpaqlarımızı qaytarmalıyıq.

– Həmvətənlərimizin xarici ölkələrdə keçirdiyi birlik yürüşləri ermənilərdə niyə qıcıq yaradır?

Təbiidir ki, Azərbaycanın beynəlxalq aləmdə nümayiş etdirdiyi liderlik siyasəti Ermənistanda ciddi qıcıq yaradır. Fikir versəniz görərsiniz ki, Ermənistan hər zaman ölkəmizdə keçirilən mühüm dünya əhəmiyyətli tədbirlər zamanı cəbhədə vəziyyəti gərginləşdirir. İndiki anda vəziyyəti gərginləşdirməklə Ermənistan həm də Azərbaycanın beynəlxalq təşəbbüslərinin qarşısını almağa cəhd edir. Eyni zamanda, belə təxribatları ilə Ermənistan beynəlxalq ictimaiyyətə çatdırmaq istəyir ki, güya Azərbaycan sülh danışıqlarına təhdid yaradır. Dünya azərbaycanlılarının  bu gün birləşib, həmrəylik göstərməsi əlbəttə onlarda qıcıq yaradır. Dünyanın hər yerində Azərbaycan və bizi müdafiə edən ölkələrlə birliyimizi-həmrəyliyimizi gördükcə  onlarda həm qorxu, həm də qıcıq yaratdı.

– Hər zaman özlərini humanizm tərəfdarı olaraq, göstərən ermənilərin vətəndaşlarımıza qarşı həyata keçirtdikləri təxribatların qarşısını almaq üçün xarici ölkələr və bu ölkədə yaşayan fəaliyyət göstərən diaspor və səfirlik nümayəndənləri hansı önləmləyici tədbirləri görməlidir?

Ermənilərin vətəndaşlarımıza etdikləri təxribatlar xalqımıza qarşı böyük təxribatdır. Heç kimin emosional çağırışlarına uymaq lazım deyil. Əlbəttə bu savaş nə bizim çıxış yolumuz, nə də ki, problemin həlli yolu deyil.

Müharibə xarici ölkələrdə getməməlidir, siz orada hansı qeyrət, hansı güc göstərsəniz də, Qarabağda heç nə dəyişməyəcək. Bizim bir savaşımız var o da Qarabağdadır.

Siz, yaşadığınız ölkələrdə bizim həqiqətlərimizi bildirin, bizim haqlı olduğumuzu izah edib, digər millətlərin də sayını artırın, xalqımıza qarşı sevgi formalaşdırın.

Hamınızı bu təxribatlara uymamağa, sosial şəbəkələrdə söylənilən təxribat yönlü fikirlərə yönəlməməyinizi və olduğunuz yerlərdə qeyri-qanuni addımlar atmamağa, gücünüzü Qarabağda başlayacaq son döyüşə saxlamağa səsləyirəm. Hər bir  ölkənin özünəməxsus qanunları var. Həmin qanunları və öz hüquqlarını müdafiə etməyi bacarmalıdırlar. Diaspor və səfirlik nümayəndələri soydaşlarımızla daha sıx əlaqədə olmalı və onlarla daha yaxından maraqlanmalıdırlar. Hər bir vətəndaşımızla əlaqə yaratmaq və əlaqə üçün şərait yaranmalıdır. Belə olan halda hər-hansı bir mühüm informasiyanı şəbəkə vasitəsilə yaymaq mümkün olar. Təbii ki, bu informasiyalar siyasi deyil-vətəndaşları belə təxribatlara getməmələri üçün və həmin ölkənin qanunlarına əməl etmək üçün mühüm rol ola bilər.

– Son olaraq, gələcəkdə xoşagəlməyən hadisələrin qarşısını almaq üçün vətəndaş olaraq, nə etməliyik?

Dünyanın hər yerində göstərdiyimiz milli birliyimiz düşmənlərimizi də ciddi narahat edir. Haqq işimizdə bizə dəstək vermək istəyən başqa millətlərin də sayı günbəgün artır.

Belə məqamda təxribat törədərək, bizi qarşıdurmaya çəkmək istəyən xüsusi qüvvələr həmişə var, olub  və olacaq.

Odur ki, heç kimin emosianal çağırışına getmək lazım deyil.

– Bu cür təxribatlar gələcəkdə orada yaşayan vətəndaşlarımızın həyatına təhlükə yaradırmı?

Bu cür təxribatlar vasitəsilə həmvətənlərimizi qeyri-qanuni müstəviyə çəkməklə həyatlarını, əmlaklarını, iş yerlərini təhlükə altında qoyub, zəiflətmək məqsədi güdürlər, birliyimizi pozmağa, bizi dinc müstəvidən savaş müstəvisinə çıxarmaqla haqlı işimizi haqsız göstərməyə çalışırlar. Bu vəhşiliklərin ermənilər tərəfindən törədilən təxribatını  bir çox xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələrini də narahat edib. Bəzi ölkələr baş verən hadisələrə görə məsələnin ciddi araşdırılacağını, bununla bağlı xüsusi istintaq qrupu yaradacaqlarını bildiriblər.

Təbiidir ki, Ermənistan həmişə olduğu kimi, bu təxribatının da acısını dadacaq. Azərbaycan beynəlxalq təşkilatların nəzərinə bir daha Ermənistanın hansı səviyyədə təxribatlara əl atdığını çatdırmalıdır.

Biz bütün dünyaya bir daha birliyimizi həmrəyliyimizi göstərdik və düşmənimiz olan  ermənilər yenə də özlərini ələ ala bilmədilər. Nifrətlərini təxribatlar etməklə bir daha dünyaya öz vəhşiliklərini nümayiş etdirdilər.

Dünyanın hər yerində yaşayan həmvətənlilərimizlə birlikdə savaşımızı Qarabağ torpaqlarımız uğrunda aparacağıq.

Qarabağ-Azərbaycandır!  Biz birlikdə güclüyük!