Bayden: Maskadan istifadə məcburi olsun!

121

ABŞ Prezidentliyinə namizəd Co Bayden koronavirus infeksiyasından qorunmaq üçün tibbi maskandan istifadənin məcburi qaydada olmasını istəyib.

Sosialmedia.az xəbər verir ki, Bayden bununla xeyli insanın həyatını xilas etməyin mümkün olacağını bildirib.

“Gəlin, elə indi ölkədə tibbi maskadan istifadəni məcburi edək və həyat xilas edək. Hesablamalara görə, bu edilsə, yaxın 3 ayda 40 min insanın həyatını xilas etmiş olarıq”, – deyə Bayden bildirib.