Azərbaycanda payızda qrip əleyhinə dördvalentli vaksindən istifadə ediləcək

110

“Azərbaycanda payızda qrip əleyhinə dördvalentli vaksindən istifadə ediləcək”.

SosialMedia.az- ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov bildirib.

A. Qurbanov deyib ki, bu vaksin kifayət qədər sınaqdan keçib: “Bu, sınaqdan keçmiş vaksindir. Bu vaksinin Azərbaycanda kimlərə tətbiq olunacağına gəlincə, yaşlı, yanaşı xəstəliyi olan, risk qrupuna daxil şəxslər ilk növbədə nəzərə alınacaq. Azərbaycana vaksin gətiriləndən sonra ilk növbədə risk qrupuna daxil olan şəxslərə vurulacaq”.