“Sumqayıt şəhərində COVİD-19 pandemiyası ilə bağlı əhali arasında maarifləndirmə işnin təşkili” layihəsi sona çatdı

259

“Bizim şəhər” Sumqayıt Sosial-İnkişaf Mərkəzi İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Sumqayıt şəhərində COVİD-19 pandemiyası ilə bağlı əhali arasında maarifləndirmə işnin təşkili” layihəsini yekunlaşdırıb.

Bu barədə Sosialmedia.az-a layihə rəhbəri Mətanət Zeynalova məlumat verib. Onun sözlərinə görə beş gün müddətində “COVİD-19 KORONAVİRUSA BİRLİKDƏ QALİB GƏLƏK!” maarifləndirici bukletlər və tibbi maskalar könüllü tələbələr tərəfindən Sumqayıt şəhərinin 9-cu mikrorayonda yerləşən “Ən ucuz market”in qarşısında, həmin mikrorayonun məhəllələrində,8-ci mikrorayon,Unikal klinikasının qarşısında və 4 mikrorayon sakinlərinə paylanıldı. Könüllü tələbələrin yaşlı sakinlərə səbr və təmkinlə maarifləndirmə işlərininin izah etmələri təqdirə layiq idi deyə vurgulayıb.