Sumqayıtda qanunsuz fəaliyyət göstərən idman zalı aşkarlanıb

169

Ölkə ərazisində polis tərəfindən karantin qaydalarına əməl edilməsi ilə bağlı mütəmadi reydlər təşkil olunur.

Sosialmedia.az bildirir ki, Sumqayıt Şəhər Polis İdarəsi 3-cü polis bölməsinin əməkdaşları və mobil işçi qrupunun keçirdiyi növbəti reyd zamanı 45-ci məhəllədə qanunsuz olaraq fəaliyyət göstərən “Lady GYM” qadın idman zalı aşkarlanıb.

Burada məşq edən yeddi qadın və sahibkar Könül Rəcəbova barəsində inzibati xətalar məcəlləsinin 211-ci maddəsi ilə cərimələr tətbiq olunub. Hər biri 3-cü polis bölməsinə dəvət edilib.

Qeyd edək ki, bu cür hərəkətlər böyük təhlükələrə gətirib çıxarır.

Bundan əlavə bir neçə gündür şəhər ərazisində davam edən reydlər zamanı kafe və restoranlarda, eləcə də digər iaşə obyektlərində tibbi maskalardan istifadə etməyən şəxslərlə də proflaktik söhbətlər aparılıb.

Qaydalara əməl etməyənlər barəsində tədbirlər görülüb .