Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı, bir neçə ay əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla həbs olunan İsmayıl Vəliyev vəkilindən imtina edib.
SosialMedia.az-ın xəbərinə görə, sabiq icra başçısı vəkilini dəyişib. İ. Vəliyev vəkil Əyyub Ələkbərovla bağlanmış müqaviləyə xitam verib. O, artıq hüquqlarını müdafiə etmək üçün yeni vəkillə müqavilə bağlayıb.