Yevlax Mərkəzi Xəstəxanasının rəhbərliyi xəstəxana ətrafında yaradılan antisanitariyaya görə cərimələnib.
Bu barədə SosialMedia.az-a Yevlax Mənzil Kommunal İstehsalat Birliyindən bildiriblər.
Qeyd olunub ki, xəstəxana İnzibati Xətalar Məcəlləsinin 266.4 maddəsi ilə cərimələnib.
Ötən gündən xəstəxananın ərazisi tullantılardan təmizlənib, oraya konteynerlər qoyulub, ərazi dezinfeksiya edilib.