Şuranın dəstəyilə 40 ailəyə ərzaq, tibbi və gigiyenik vasitələrdən ibarət yardım paketləri paylanacaq

368

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Biləsuvar Yeniyetmə və Gəncləri” ictimai birliyi tərəfindən “Biz Birlikdə Güclüyük-Pandemiya Dövründə İmkansız Ailələrə Dəstək” layihəsi icra olunur.
Layihənin əsas məqsədi koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar tətbiq olunmuş xüsusi karantin rejimi dövründə Biləsuvar rayonunda yaşayan ehtiyacı olan və imkansız ailələrə ərzaq, tibbi ləvazimat, gigenik vasitələrlə yardım etməkdir.
Bu məqsədlə təşkilat tərəfindən müəyyənləşdirilmiş və razılaşdırılmış siyahı əsasında növbəti gün rayon mərkəzində və digər kəndlərdə yaşayan 10 ailəyə ərzaq, tibbi ləvazimat, gigenik vasitələrdən ibarət yardım paketləri rayon Poçt şöbəsi vasitəsilə paylanılmışdır.
“Biz Birlikdə Güclüyük- İmkansız ailələrə pandemiya dövründə dəstək” layihəsi ilə 40 ailəyə ərzaq, tibbi və gigiyenik vasitələrdən ibarət yardım paketləri paylanacaqdır. Tədbirlər 4 gün ərzində həyata keçiriləcək və hər gün Biləsuvar rayon Poçt şöbəsi vasitəsilə 10 ailəyə yardım paketləri çatdırılacaqdır.